×

Zülfüqar Abbasov — Bu gün onun ad günüdür

Zülfüqar Abbasov

Zülfüqar Abbasov — Bu gün onun ad günüdür

Zülfüqar Bayram oğlu Abbasov 1995-ci il dekabrın 24-də Gədəbəy şəhərində anadan olub.

Vətən müharibəsi başladıqdan sonra könüllü ərizə yazaraq, Gədəbəy hərbi komissarlığından döyüşə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Zülfüqar Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülfüqar Abbasov noyabrın 10-da Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Zülfüqar Abbasov ölümündən sonra «Vətən uğrunda», «Xocavəndin azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Hərbi xidmətlərinə görə» medalları ilə təltif edilib.

Ailəli idi. Bir övladı yadigar qalıb.

Отправить комментарий