×

İlham Abbasov — Bu gün onun ad günüdür

İlham Abbasov

İlham Abbasov — Bu gün onun ad günüdür

 

İlham  Abbasov 2000-ci il martın 13-də Biləsuvar 2 saylı çadır şəhərciyində dünyaya göz aşıb. İlham Əli oğlu Abbasov Əslən Füzulinin Dilağarda kəndindəndir. Hələ azyaşlı vaxtlarından Vətən həsrəti ilə yaşayan İlham gələcəkdə hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Həqiqi hərbi xidməti bitirdikdən sonra müddətdən artıq qulluqçu olaraq Vətənin keşiyində dayanıb.  O,  sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb. İlham Abbasov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlham Abbasov ölümündən sonra «Vətən uğrunda»«Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilib.

Отправить комментарий