Şirin yeyənlər (Cəlaləddin Rumi)
Cəlaləddin Rumi sufizm fəlsəfəsinin əsas yaradıcılarından biridir. İnsanlar məsləhət almaq, müdrükləşmək üçün onun yanına gəlirmişlər.
Bir gün qonşuluqda yaşayan bir qadın oğlu ilə Ruminin yanına gəlib deyib:
— Mən bütün yollara əl atmışam, amma oğlum mənə qulaq asmır. Çox şəkər yeyir. Xahiş edirəm, siz ona deyin ki, bu zərərlidir. O, sizə çox hörmət edir, sizə qulaq asacaq.
Rumi gözlərində inam olan oğlana baxıb dedi:
— Gedin, üç həftədən sonra yenə gəlin!
Qadın təəccübləndi. Axı insanlar uzaq- uzaq ölkələrdən müxtəlif çətinliklərlə Ruminin yanına gəlirdilər və o, onlara çarə tapırdı.
Amma heç nə deməyib evə yollandı. Üç həftədən sonra yenidən oğlu ilə gəldi. Rumi yenə oğlana baxıb dedi:
— Üç həftədən sonra gəlin! Bu dəfə qadın dözməyib etiraz elədi. Rumi isə dediyini təkrarladı.
Üçüncü dəfə gələndə Rumi oğlana dedi:
— Oğlum, sözlərimə qulaq as, çox şirin yemə, bu sağlamlığa çox zərəlidir.
— Siz dediyinizə görə çalışacam əməl edim.- oğlan cavab verdi.
Oğlanı çölə çıxardıb anası Ruminin yanına qayıdıb soruşdu:
— Niyə bunu birinci dəfədən demədiniz? Axı burada çətin bir iş yox idi.
Cəlaləddin Rumi özünün şəkər sevdiyini boynuna alaraq əslində özünün şəkərdən qurtulmağı üçün belə etdiyini dedi.
— Kiməsə məsləhət vermək üçün gərək özüm o işi etməyim. Əvvəlcə elə bildim ki, üç həftə mənə bəs edəcək. Sonra gördüm ki, yanılmışam.
Əsl müdrük insan özü özü ilə dürüst olandır.
Отправить комментарий