Albert Eynşteyn və sürücüsü
Albert Eynşteyn konfranslara həmişə şəxsi sürücüsü ilə gedirmiş. Növbəti dəfə bir konfransa gedəndə yolda sürücü Eynşteynə deyir:
— Siz konfranslarda çıxış edərkən mən arxa sıralarda oturub sizə qulaq asıram və demək olar ki, bütün sözlərinizi əzbər bilirəm.
Eynşteyn gülümsəyərək cavab verib :
— Yaxşı, gəl belə edək. Bu gün getdiyimiz konfransda məni heç tanımırlar. Papaq və paltomuzu dəyişdirək, sən mənim yerimə çıxış elə, mən arxada oturub sənə qulaq asacam.
Sürücü çox uğurlu çıxış elədikdən sonra verilən bütün suallara düzgün cavab verib. Çıxışdan sonra yerinə oturmaq istəyəndə zalda oturan professorlardan biri fizikadan çətin bir sual verib.
Sürücü heç özünü itirmədən cavab verib:
— Belə sadə sual verməyiniz çox təəccüblüdür. İndi arxada oturan sürücümü çağıracam, hətta o, bu suala cavab verə biləcək.
Отправить комментарий