×

Emil Əhmədov — Bu gün onun ad günüdür

Emil Əhmədov

Emil Əhmədov — Bu gün onun ad günüdür

Şəhid atasının qisasını alan şəhidimiz

Emil Bahadur oğlu Əhmədov 1983-cü il,noyabrın 26-da Zəngilanda anadan olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il,noyabrın 1-də Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Qəhrəman şəhid, tankçı-gizir Əhmədov Emil Bahadur oğlu «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı «Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı, Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı, «Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı, «Vətən uğrunda» medalı (ölümündən sonra), «İgidliyə görə» medalı (ölümündən sonra), «Cəbrayılın azad olunmasına görə» medalı (ölümündən sonra), «Xocavəndin azad olunmasına görə» medalı (ölümündən sonra), «Füzulinin azad olunmasına görə» medalı (ölümündən sonra) medalları ilə təltif olunub.

Emilin atası birinci Qarabağ müharibəsində Zəngilanın işğalı zamanı şəhid olub. İgid oğul atasının qisasını alıb.

Döyüş yoldaşları deyir ki, əslən Zəngilandan olan Emil ordumuzla Zəngilanı işğaldan azad edəndə ilk anasına zəng edib-» Ana, Vətəndəyəm!» deyib.

Отправить комментарий