×

Rəşad Nuri Güntəkin

Rəşad Nuri Güntəkin

Rəşad Nuri Güntəkin

» Çalıkuşu» kitabı ilə tanınan Reşat Nuri Güntekin 25 noyabr 1889-cu ildə İstanbulda anadan olub. Atası ordu zabiti Nuri bəy, anası isə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımdır.  İlk təhsilini Çanaqqalada alan Rəşad Nuri Güntəkin Qalatasaray məktəbində bir il oxuduqdan sonra İzmirdəki fransız məktəbində təhsilini davam etdirib. Məktəbi yarımçıq buraxan gələcək yazıçı 1912-ci ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirib. Müxtəlif vaxtlarda Bursa və İstanbulda müəllimliklə məşğul olub.

Cümhuriyyət dövrü türk ədəbiyyatının ən önəmli insanlarından olan yazıçı romanlarla yanaşı, teatr və digər sahələrdə də əsərlər yaratmışdır. O, ədəbi fəaliyyətə 1918-ci ildə Camal Nemət adıyla yazdığı «Harabelerin Çiçeği» romanı və «Eski Ahbap» hekayəsi ilə başlayıb.  Yazıları ilə yanaşı müfəttiş kimi də fəaliyyət göstərən müəllif, Anadolunu gəzərək Anadolu xalqını və onların bir-biri ilə münasibətlərini yaxından araşdıra bilmiş və əsərlərində bunlardan istifadə etmişdir. Sonradan yazıçının » Anadolu notları » adlı əsəri işıq üzü görmüşdür. “Yarpaq tökümü”, “Dodaqdan qəlbə”, “Axşam günəşi” də yazıçının məşhur əsərləri sırasındadır.

Reşat Nuri Güntekinin kitabları sadə dili və türk danışıq dilinin zənginliyini əks etdirməsi ilə seçilirdi. Güntəkin əsərlərində insan sevgisinə geniş yer verirdi.

Yazıçının hamı tərəfindən sevilən «Çalıkuşu» əsəri idealist bir türk qızının təmiz sevgisindən, həyat mübarizəsindən bəhs edir. Bu əsər Atatürkün ən sevimli əsəri olduğundan onun stolüstü kitabına çevrilmişdir.

Rəşad Nuri Güntəkin  ağciyər xərçəngi xəstəliyindən müalicə almaq üçün Londona getmişdir və orada 1956-cı il dekabrın 13-də vəfat etmişdir.

 

Отправить комментарий