×

Tacəddin Abışov — Bu gün onun ad günüdür

Tacəddin Abışov

Tacəddin Abışov — Bu gün onun ad günüdür

Tacəddin Elşən oğlu Abışov 2001-ci il noyabrın 27-də İmişli şəhərinin Xəlfəli kəndində anadan olub. Orta məktəbi Xəlfəli kəndində bitirib. 2020- ci ilin yanvarında hərbi xidmətə yollanıb. Tacəddin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 10-da Ağdərədə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Abışov ölümündən sonra «Vətən uğrunda» «Ağdamın azad olunmasına görə» və «Suqovuşanın azad olunmasına görə», » Cəsur döyüşçü» medalları ilə təltif edilib.

 

 

Отправить комментарий