×

Xəlil Ağayev — Bu gün onun ad gündür

Xəlil Ağayev

Xəlil Ağayev — Bu gün onun ad gündür

 

Xəlil Ağayev 1998-ci il dekabrın 7-də Cəlilabad rayonunun Zopun kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Cəbrayılın və Qubadlı istiqamətlərində döyüşüb.

Oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhadətə yüksələn Xəlil Cəlilabad rayonunun Zopun kəndində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Xəlil Ağayev ölümündən sonra «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə» medalları ilə təltif edilib.

 

Отправить комментарий