×

7 dekabr zəlzələ oldu

zəlzələ

7 dekabr zəlzələ oldu

Bu gün 7 dekabr 2023 -cü il tarixdə saat 8: 16 radələrində  Bakıdan təxminən 7 km məsafədə Xəzər dənizində 5.6 bal gücündə zəlzələ baş verib. Bakının müxtəlif rayonlarında zəlzələ müxtəlif balda hiss olunub. Belə aydın olur ki, 2000 — cil il tarixdən bu günə qədər Bakıda bu zəlzələdən daha güclüsü olmayıb.

Tarxi araşdıranda məhs 7 dekabr 1988 — ci ildə Ermənistanda 7.1 bal gücündə zəlzələ olmuşdur. Zəlzələnin episentri olan Spitak şəhərində 10 bal gücündə zəlzələnin olduğu qeyd edilmişdir. Mütəxəssislərin fikrincə, zəlzələnin gücü 1945-ci ildə Xirosimaya atılan 10 atom bombasının partlaması ilə müqayisə oluna bilərdi. Zəlzələ Leninakan (indiki Gümrü), Kirovakan (indiki Vanadzor) və Stepanavan şəhərlərində ciddi dağıntılara səbəb oldu. Ümumilikdə 21 şəhər və 350 kənd zərər çəkdi. 25 minə yaxın insan həlak oldu, 17 min sakin yaralandı, 514 min nəfər evini itirdi.

Отправить комментарий