×

Vahid Abbasov — Bu gün onun ad günüdür

Vahid Abbasov

Vahid Abbasov — Bu gün onun ad günüdür

Vahid Sahib oğlu Abbasov 1994-cü il noyabrın 11-də Şəki şəhərində  anadan olub.

Bakı şəhərinin Binəqədi rayonunda yaşayan Vahid 2011-ci ildə 47 saylı orta məktəbi bitirərək, hərbi xidmətə yollanıb. 2015-2017-ci illərdə Murovdağda xidmət edib.

Vahid hərbi xidmətdə olan zaman 2 erməni kəşfiyyatçısını ələ keçirərək, hərbi hissənin rəhbərliyinə təhvil verib və bu şücaəti xüsusi təşəkkürnamə ilə qiymətləndirilib.

O, 2016-ci il Aprel döyüşlərində də vuruşub. Vətən Müharibəsi başlayanda könüllü olaraq orduya qayıdır, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. Döyüş zamanı çoxlu erməni canlı qüvvəsini və texnikasını məhv edən Vahid yaralı yoldaşlarını da unutmur. O, yaralı döyüşçüləri çiynində daşıyaraq, döyüş meydanından çıxarır və ilkin tibbi yardım göstərir.

21 oktyabrda Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən «Vətən uğrunda» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilib.

Отправить комментарий