×

Əjdər Dadaşov — Bu günün onun ad günüdür

Əjdər Dadaşov

Əjdər Dadaşov — Bu günün onun ad günüdür

Əjdər Pənah oğlu Dadaşov 1996-cı il noyabrın 12-də Salyan rayonunun Xələc kəndində anadan olub. Hərbçi olmaq onun uşaqlıq arzusu idi. Xüsusi təyinatlımız müharibənin ilk günündən Soqovuşan istiqamətində gedən döyüşlərə qatılıb və ömrünün 24-cü baharında ağır döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

Kiçik çavuş Əjdər Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəallıq göstərib.O, sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əjdər Dadaşov ölümündən sonra «Vətən uğrunda» və «Laçının azad olunmasına görə» medalları ilə təltif edilib.

Отправить комментарий