Ümumdünya Diş Fırçası Günü
Ümumdünya Diş Fırçası Günü hər il noyabrın 1-də, Hellouin (Halloween) bayramından sonrakı gün qeyd olunur. Onun əsas vəzifəsi uşaqlarda ağız boşluğu sağlamlığının vacibliyini vurğulamaq və onlara müntəzəm olaraq dişlərini fırçalamağı öyrətməkdir.
Niyə 1 noyabr? Məsələ burasındadır ki, Hellouin bayramı ərəfəsində uşaqların əksəriyyəti kostyum geyinib ev-ev gəzir, ev sahiblərindən şirniyyat istəyirlər.. Bu ənənə ingilis dilinə «trick or treating», yəni «hiylə və ya ikram» adlanır. Böyük miqdarda şirniyyatların dişlər üçün çox zərərli olduğunu isə hamı bilir.
Karies uşaqlar arasında ən çox yayılmış xroniki xəstəliklərdən biridir. Onun əsas səbəbi təbii ki, Halloween şirniyyatları deyil, uşaqların ağız gigiyenasına diqqət yetirmək istəməməsidir. Araşdırmalar göstərir ki, uşaqlar dişlərini diş həkimlərinin tövsiyə etdiyi qədər tez-tez və ya uzun müddət fırçalamırlar.
Ümumdünya Diş Fırçası Günü ilk dəfə 2013-cü ildə qeyd edilib və o vaxtdan bəri hər il qeyd olunur. Bu gün bütün valideynlərdən xahiş olunur ki, övladlarının dişlərini gündə iki dəfə fırçalamasını təmin etsinlər, hər dəfə ən azı iki dəqiqə vaxt sərf etsinlər. Dişlərin düzgün fırçalanması vərdiş halına gəlməlidir.
Отправить комментарий