×

Dörd razılaşma — Don Migel Ruiz

Dörd razılaşma

Dörd razılaşma — Don Migel Ruiz

Qısa məzmun

Birinci razılaşma

 Dediyiniz sözlərə diqqətlə yanaşın.

Təsadüfi atılan bir cümlə başqa bir insana iztirab verib onun həyatını məhv edə bilər.

Ehtiyatsızlıqla atılan söz  onu deyənin də əleyhinə çevrilə bilər: “Əgər özünüzü çox sevirsinizsə və özünüzə güvənirsinizsə, deməli, sözünüz mükəmməl və dürüstdür. Ziyan vuran sözlər danışmadığınız  zaman özünüzü başqa bir insan kimi hiss edəcəksiniz, xoşbəxtlik və rahatlıq hiss edəcəksiniz”.

İkinci razılaşma

Heç bir şeyi şəxsi qəbul etməyin.

İnsanın sözləri və bəyanətləri səhv ola bilər, çünki onlar çox vaxt bir-biri ilə ziddiyyət təşkil edən inanclarından ibarətdir. Hətta insanın özü haqqındakı fikirləri də səhv ola bilər. Bu, daxili qarşıdurmalara səbəb olur: “Rədd edilmək qorxusu kifayət qədər mükəmməl olmamaq qorxusuna çevrilir. «Sonunda biz olmadığımız biri oluruq: ana və atanın baxışlarının, cəmiyyətin baxışlarının, dini baxışların təcəssümü kimi»

Üçüncü razılaşma

Fərziyyələr irəli sürməyin.

 İnsanlar tez-tez başqası üçün qərar verirlər, çünki birbaşa nə isə soruşmaqdan qorxurlar. Lakin ehtimal yanlış ola bilər. Kitabın müəllifi başqaları üçün düşünməməyi, onları tanımağa çalışmağı tövsiyə edir. Məsələn, onlara sual verməkdən çəkinməyin. Digər şəxs cavab verməkdən imtina edə bilər — bu onun hüququdur, lakin sizin hər zaman soruşmaq hüququnuz var.“Əgər nəyisə başa düşmürsənsə, hər zaman təxmin etməkdənsə soruşub öyrənmək daha yaxşıdır. Bu yolla siz insanlarla aydın, ağlabatan əsaslarla münasibətlər qurmağı öyrənəcəksiniz və heç kimə emosional zəhər tökməyəcəksiniz. Əgər əsassız fərziyyələr irəli sürməsən, sözlə günah işlətməyi dayandıracaqsan”.

Dördüncü razılaşma

Hər şeyi mümkün qədər yaxşı şəkildə etməyə çalışın.

Bir iş görərkən  prosesin özündən həzz almaq vacibdir. Hər işi mümkün qədər yaxşı şəkildə edən insan, kifayət qədər yaxşı olmadığına görə özünü qınaya bilməz. Eyni zamanda, hər şeyi mükəmməl etməyə çalışmaq lazım deyil. Fiziki və emosional imkanlarınızı nəzərə alaraq mümkün qədər yaxşı etmək kifayətdir. “Həmişə ən yaxşı nəticəyə nail olmağa çalışmaqla, siz həyatı doya-doya yaşayacaqsınız, özünüzə, ailənizə, dostlarınıza, bütün dünyaya verdiyiniz zaman daxili harmoniya hiss edə biləcəksiniz. Prosesin özü sizi xoşbəxt edəcək. Çünki siz mükafat gözləmirsiniz, gördüyünüz işdən zövq alırsınız, o sizin xoşunuza gəlir.

 

Отправить комментарий