×

Sənan Abdullayev — Bu gün onun ad günüdür

Sənan Abdullayev şəhid

Sənan Abdullayev — Bu gün onun ad günüdür

Sənan Şahin oğlu Abdullayev 1998-ci il noyabrın 1-də Bakıda anadan olub. Abdullayevlər ailəsinin 3 övladından ən kiçiyi olan Sənan 2005-ci ildən Nərimanov rayonundakı 37 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. Güləş, boks və qaydasız döyüşlə məşğul olan Sənan təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.

Hərbi xidmətdə olarkən peşəkar kəşfiyyatçı kimi yetişib. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıdakı kitab mağazalarından birində satıcı kimi çalışan qəhrəmanımız sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq qatılıb.

Əslən Zəngilan rayonunun Ağbiz kəndindəndir. Sənan oktyabrın 5-də Füzuli rayonunun Seyidəhmədli kəndində şəhid olsa da, onun ailə üzvləri uzun müddət bu hadisədən məlumatsız olublar. Şəhidin böyük qardaşı Ceyhun Abdullayev deyir ki, meyiti tapılana qədər hamısı onun sağ olduğuna inanıb. Sənanın meyiti isə noyabrın 1-də, elə doğulduğu gündə tapılıb və ailəsinə təqdim olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sənan Abdullayev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Отправить комментарий