×

Tragediya sözünün mənası

Tragediya nədir

Tragediya sözünün mənası

Məlum olduğu kimi, qədim xalqlar Allahları, bir qayda olaraq, müxtəlif təbiət hadisələri ilə əlaqəli təsəvvür edirdilər. Allahlar dəhşətli dağıntılara səbəb olan fırtına və daşqınları, yaxud da bol məhsul gətirən yağışı müxtəlif vasitələrlə təcəssüm etdirirdilər. Qədim əkinçilər hər şeydən çox məhz yağışı gözləyirdilər. Çünki bol taxıl yetişdirmək, mal -qara saxlamaq və tox bir həyat yaşamaq istəyirdilər.

Qədimdə insanlar üçün bərəkət gətirən yağışları, ev heyvanlarını təcəssüm etdirən bir xeyli Allah və ilahələr mövcud idi. İlk ev heyvanları  arasında cinsi fəallıqları ilə seçilən keçilər də var idi. Keçilərin məhz bu cəhəti insanların daha çox xoşuna gəlirdi, çünki ancaq bu yolla onlar sürülərinin sayını artıra bilərdilər.

Bu səbəbdən də qədim yunanlar bolluq, bərəkət allahlarını qəribə məxluqlar — yarı keçi, yarı adam sifətində təsəvvür edirdilər. Onlar bədən, baş və əlləri adama, beldən aşağısı isə keçiyə bənzər satirlər* idi. Bu satirlər tütək çalır, ot gövşəyir və hər an cütləşməyə hazır idilər.

Bu bərəkət və bolluq ruhlarının şərəfinə keçirilən bayramlar olduqca səsli — küylü, şən olurdu. Çünki insanların həyatı bol məhsuldan asılı idi. Yunanlar keçi dərisi geyinib özlərini satirlərə bənzədərək yürüşlər təşkil edir, bu zaman ədəbsiz mahnılar oxuyurdular. Bu mahnılar  «tragoidia» (keçinin şərəfinə mahnı) adlanırdı.

Zaman keçdi və e.ə. XV əsrdə afinalı şairlər həmin şənliklərə əsaslanaraq daha ciddi əsərlər yaratmağa başladılar. Onların şeirləri daha da dolğunlaşaraq insan və cəmiyyətin təbiəti haqqında ciddi düşüncələrə çevrildi. Bu şeirli nəğmələri xorun müşayiəti ilə bir və ya bir neçə müğənni ifa edirdi.

Lakin bu dramlar ilk adlarını qoruyub saxladı. Beləliklə, «keçilərin nəğmələri» («tragoidia») tragediyaya çevrildi və bu ad ciddi problemlərdən söz açan dram əsərlərinə də keçdi. Bu dramlar, əsasən, kədərli şəkildə, xeyirxah və alicənab qəhrəmanların ölümü ilə, tamaşaçıları göz yaşları içində buraxaraq bitdiyindən «tragediya» sözü kədərli qəmgin faciəli mənasını verməyə başladı.

*satirlər- Yunan əsarətlərində vaxtlarını şərab içib əyyaşlıqla keçirən məxluqlar

Ayzek Azimov

Отправить комментарий