×

Tofiq Ağaquliyev — Bu gün onun ad günüdür

Tofiq Ağaquliyev

Tofiq Ağaquliyev — Bu gün onun ad günüdür

Tofiq rafiq oğlu Ağaquliyev 2000-ci il dekabrın 1-də Cəlilabad şəhərində anadan olub. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Tofiq Ağaquliyev oktyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Cəlilabad şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Ağaquliyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Ağaquliyev ölümündən sonra «Laçının azad olunmasına görə» medalı ilə təltif edilib.

Отправить комментарий