İtalyan dili dərsləri
Dərs 3
Mətn
Tanışlıq. Conoscenza.
Roberto e Laura sono italiani.
Sono di Roma. Abitano in via Marconi.
Sono vicini. Roberto e Laura sono amici.
Roberto `e un professore universitario.Insegna I῾inglese.
`E un giovane intelligente,serio,colto,affidabile.
Laura `e studentessa.Studia lingue straniere.
`E una ragazza bella, allegra, sincera, sportiva.
Adesso sono a casa di Laura e parlano.
Roberto və Laura italyandırlar.
Onlar Romadandırlar. Marconi küçəsində yaşayırlar.
Onlar qonşudurlar. Roberto və Laura dostluq edirlər.
Roberto universitetdə professordur. İngilis dilindən dərs deyir.
O, cavan, ağıllı, ciddi, savadlı, sədaqətlidir.
Laura tələbədir. Xarici dilləri öyrənir.
O, gözəl, şən, səmimi, idmanla məşğul olan qızdır.
İndi onlar Lauranın evindədirlər və söhbət edirlər.
Mətinin sözləri
Via — küçə
Vicino -qonşu, yaxın
Insegnare — öyrətmək, dərs demək
Giovane — cavan
Intelligente — ağıllı
Serio — ciddi
Colto — savadlı
Affidabile — sədaqətli, vəfalı
Lingue — dil
Straniere — xarici
Ragazza — qız
Ragazzo — oğlan
Bello — gözəl
Allegro — şən
Sincero — səmimi
Sportivo — idmançı
Adesso — indi, hal-hazırda
Casa — ev
Bizim dilimizdə təzə tanış olduğun və ya özündən böyük bir şəxsə (Siz )deyə müraciət edirik. İtalyan dilində isə belə rəsmi müraciət zamanı üçüncü şəxsin təkindən(Lei) istifadə olunur, həm də böyük hərflə yazılır.
Buongiorno, professore! — Sabahınız xeyir, professor!
Buongiorno,signorina!…- Sabahınız xeyir, xanım!
Come sta?….-Necəsiniz?
Molto bene e Lei?….- Çox yaxşı, bəs siz?
Anch`io sto bene…..- Mən də yaxşıyam.
Gəlin italyan dilində daha bir düzgün olmayan lazımlı bir felin şəxslər üzrə dəyişməsini öyrənək!
Stare-hiss etmək
Presente | Singolare | Plurare |
I şəxs
II şəxs III şəxs |
(io) sto-hiss edirəm
(tu) stai- hiss edirsən (lui) sta- hiss edir lei |
(noi) stiamo- hiss edirik
(voi) state- hiss edirsiniz (loro) stanno- hiss edirlər
|
İndi isə bu dəyişmiş formaları cümlələrdə işlədək!
1.Come stai?- Necəsən? Sto bene,grazie! Yaxşıyam, sağ ol.
2.Come sta Mario? Mario necədir? Sta un po`male. Bir az pisdir.
3.E voi come state? Bəs siz necəsiniz? Stiamo benissimo. Biz əlayıq.
4.E Lei come sta? Bəs Siz necəsiniz? Sto abbastanza bene. Kifayət qədər yaxşıyam.
5.E loro come stanno? Bəs onlar necədirlər? Stano cosi-cosi. Belə də pis deyillər.
Görürsünüzmü, 4-cü sırada olan Lei rəsmi müraciət formasında istifadə olunub.
Stare feli də ona uyğun formada işlədilib.
Uğurlar! Ciao!
Отправить комментарий