×

Amid Əliyev — Bu gün onun ad günüdür

Amid Əliyev

Amid Əliyev — Bu gün onun ad günüdür

Amid İlham oğlu Əliyev 1999-cu il dekabrın 3-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. 2005-2016-cı illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. Tərtər rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Ordusunda xidmətini Ağcəbədi, Füzuli rayonları ərazisində davam etdirib.

Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu olan Amid Əliyev 2020-ci il sentyabrın 27-də erməni işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa edilməsi naminə başlayan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Əliyev oktyabrın 1-də Füzulidə şəhid olub. Biləsuvar rayonunun Çaylı kənd qəbristanlığında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid İbrahim oğlu Əliyev ölümündən sonra «Vətən uğrunda» , döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdlik və igidlik göstərdiyinə görə 24.06.2021-ci il tarixli Sərəncamla «İgidliyə görə» , Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə isə «Cəbrayılın azad olunmasına görə» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilib.

Отправить комментарий