×

Sübhan Cəbrayılov — Bu gün onun ad günüdür

Sübhan Cəbrayılov şəhid

Sübhan Cəbrayılov — Bu gün onun ad günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Sübhan rahim oğlu Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub. 2002-ci ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. O, 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında iştirak edib. Sübhan Cəbrayılov oktyabrın 19-da Qubadlı döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

 

Отправить комментарий