×

Elman Əliyev — Bu gün onun ad günüdür

Elman Əliyev şəhid

Elman Əliyev — Bu gün onun ad günüdür

Elman  Rakif oğlu Əliyev 23 oktyabr 1994-cü ildə Mingəçevir şəhərində dünyaya gəlib.

Elman Əliyev Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elman Əliyev oktyabrın 20-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb. O, həmişə  hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirib.  Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elman Əliyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elman Əliyev ölümündən sonra «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilib.

Отправить комментарий