Şokoladın faydası və zərəri
Şokaladın tarixi çox qədimlərə gedib çıxır. 4 min əvvəl mayalılar və azteklər tərəfindən xüsusi günlərdə istehlak edilən içki hazırlamaq üçün istifadə edilmişdir. Bu içkidə kakao, qarğıdalı unu və acı bibər istifadə edilirdi. Coğrafi kəşflər zamanı Xristofer Kolumb şokoladı Avropaya gətirdikdən sonra onu hamı tanıdı.
İlk dövrlərdə kakao acı içki kimi istehsal olunurdu. Sonrdan ingilislər ona süd qatdılar və o, yeni dad aldı. Coğrafi kəşflərlə Avropaya, oradan da bütün dünyaya yayılan şokolad bir çox fərqli çeşiddə istehsal olunmağa başladı; Yaşlı, gənc, qadın, kişi fərqi yoxdur, hər kəsin istehlakdan əl çəkmədiyi məhsullardan birinə çevrilib.
Şokoladın faydası
Heç kim bir dilim şokolada «yox» deyə bilməz. Şokolad özünəməxsus qoxusu və ətri ilə fərqli dada malik qidadır. Şokolad yeyərkən onun zərərləri barədə də fikirləşməliyik. Bəs şokoladın bizə nə faydası var?
- Ürəyimizin dostudur
Şokoladın tərkibindəki polifenollar və flavonoidlər qan təzyiqinin düşməsində rol oynayır. Qan təzyiqini aşağı salmaqla damar sağlamlığı qorunarkən, laxtalanma və aterosklerozun da qarşısı alınır. Bu şəkildə şokolad ürək — damar sisteminə fayda verir.
- Xolesterolu azaldır
Şokoladın tərkibində olan polifenollar və teobrominlər bəd xolesterinə azaldır. Bu maddələr xoş xolesterini də artırır. Xolesterolu azaltmaqla yanaşı, damar sağlamlığı da qorunur.
- Qan şəkərini tənzimləyir
Xüsusilə tünd şokoladın faydalarından biri də qan şəkərini tarazlamasıdır. Qan şəkərini yavaş-yavaş yüksəltdiyi üçün qan şəkərini düzəltməkdə çox təsirli bir qidadır. Şəkər problemi olanlar klassik şokoladın yerinə tünd şokolada üstünlük verməlidir.
- Əhvalı yaxşılaşdırır
Daha əvvəl də qeyd etdiyimiz kimi, şokoladla qidalanarkən xoşbəxtlik hormonu ifraz etdirdiyi üçün onun bir dilimi ilə özümüzü xoşbəxt hiss edirik. Şokolad yeyərək endorfin ifrazına səbəb ola bilərsiniz. Bu hormon insanı daha xoşbəxt və yaxşı hiss etdirir. Gün ərzində bir parça şokolad yeyərək əhvalınızı yaxşı saxlaya bilərsiniz.
- Qan təzyiqini aşağı salır
Araşdırmalara görə, şokoladın qan təzyiqini aşağı salmağı ortaya çıxıb. Xüsusilə tünd şokoladın qan təzyiqini aşağı salan təsiri var. Yüksək qan təzyiqi olan insanlara bir az şokolad yemək tövsiyə olunur.
- Enerji verir
Qəhvə içmək əvəzinə şokolad yemək çox daha faydalıdır, çünki şokoladda qəhvədən daha az kofein var. Bununla belə, ən azı kofein qədər enerji verir.
Şokoladın zərəri
- Sümükləri zəiflədir
Araşdırmalara görə, həddindən artıq şokolad yemək sümüklərə mənfi təsir göstərir. Şokolad sümükləri zəiflədir və sümüklərin qırılmasına və çatlamasına səbəb ola bilər. Menopoz zamanı osteoporoz yaşayan qadınların buna diqqət yetirməsi xüsusilə vacibdir.
- Çəkini artırır
Hər kəs şokoladın yüksək kalorili bir qida olduğunu bilir. Həddindən artıq şokolad yemək tərkibindəki yağ səbəbiylə kökəlməyimizə səbəb olur. Bu səbəbdən sağlam və gözəl bədən arzusunda olanlar çoxlu şokoladdan uzaq durmağa çalışmalıdırlar.
- Selülitə səbəb olur
Çox şokolad yemək çox piylənmək deməkdir. Bu vəziyyət selülitin əsas səbəblərindən biridir. Yağ yataqları selülitə səbəb olur və ayaqların görünüşünə mənfi təsir göstərir.
- Dişlərdə karies əmələ gətirir
Çoxlu şokolad yemək çox şəkər qəbul etməyiniz deməkdir. Şəkər diş çürüməsinə səbəb olan qidalardan biridir. Çox şokolad yemək dişlərin sürətlə çürüməsinə səbəb ola bilər. Bu, xüsusilə uşaqlarda vacibdir.
- Asılılıq yaradır
Şokoladda olan teobromin və kofein asılılıq yaradan maddələrdir. Sinir sistemini stimullaşdıran bu maddələr asılılığı artırır və davamlı şokolad yeməyə səbəb olur. Bu zaman insan özü də fərqinə varmadan çox şokolad yeyir və şokoladın zərərli təsirlərini yaşayır.
Отправить комментарий