×

Qərənfil

Qərənfil

Qərənfil

Qərənfil bütün dünyada tanınan bir çiçəkdir, lakin qədim zamanlardan hər bir ölkə üçün özünəməxsus məna daşıyır: əsl sevgi, evlilik və ailə simvolundan tutmuş, xatirə və kədər simvoluna qədər. Qədim yunanlar qərənfilin ilahi mənşəli bir çiçək olduğuna inanaraq onu “Zevs çiçəyi” adlandırırdılar. Qədim romalılar qərənfil yetişdirməklə məşğul olurdular və hətta onlarla imperator otaqlarını bəzəyirdilər. Bu çiçək yaxşı əhval-ruhiyyə və uğur simvolu idi.

Qərnfillər

Fransızlar və ingilislər qərənfilləri yalnız zadəgan insanlara verirdilər. Onlar  yalnız seçilmiş bir neçə nəfərə layiq çiçəklər hesab olunurdu. İngiltərədə bu günə qədər Kral Bağçılıq Cəmiyyəti bu çiçəyin bütün yeni növlərini qeydiyyata alır. Onların 300 — ə yaxın növü var.

Deyilənə görə ΧVIII əsrdə Parisdə çiçəkçi işləyən bir qız təsadüfən əlindəki qərənfili yaşıl boyanın içinə salır. Bundan sonra bütün şəhəri müxtəlif rənglərə boyanmış qərənfillər bürüyür.

qərənfil

İspan qadınlar qərənfilləri paltarlarına yapışdıraraq sevgililərinə gizli mesajlar çatdırmaq üçün onların müxtəlif çalarlarından istifadə edirdilər. Məsələn, qırmızı qərənfil ehtiraslı sevgi və görüşmək arzusu demək idi; sarı — imtina və laqeydlik; ağ — nifrət və çəhrayı — günahsız sevgi və səmimiyyət  kimi qəbul olunurdu.

Sovet İttifaqında qırmızı çiçəklər Oktyabr İnqilabının, sonra Böyük Qələbənin, müharibədən sonrakı dövrdə isə xatirə və kədərin simvoluna çevrildi.

Vətənimiz Azərbaycanda isə qərənfil 20 yanvar 1990-cı il » Qanlı Yanvar»ın simvoluna çevrildi.

Отправить комментарий