×

Seymur Alızadə — Bu gün onun ad günüdür

Seymur Alızadə

Seymur Alızadə — Bu gün onun ad günüdür

Seymur Mirzə oğlu Alızadə 1998-ci il, yanvarın 12-də Şəmkir rayonunun Xuluf kəndində doğulub. 2004–2015-ci illərdə R. İsmayılov adına 2 saylı Xuluf kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 2016 — 2017 — ci illər hərbi xidmətdə olub.
2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak edib.
İkinci Qarabağ müharibəsi zamanı döyüşlərə qoşulub, oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Şəhid Alızadə doğulduğu Xuluf kəndində dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Seymur Əlizadə Azərbaycan ərazilərinin işğaldan azad edilməsində döyüş tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi şücaət və şücaətə, ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində döyüş əməliyyatlarında iştirakına və qarşıya qoyulmuş vəzifələrin vicdanla yerinə yetirilməsinə görə döyüş əməliyyatları zamanı xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin təşəbbüskarlıq və qətiyyətli addımların təzahürünə görə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi fərqlənməyə görə”, “Füzulinin azadlığına görə” medalları ilə təltif edilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.

Отправить комментарий