Kannibal
İnsanın müəyyən şəraitlərdə bir- birini yeməsinə icazə verən mədəniyyətlər mövcud olub və olmaqdadır. Bəzi hallarda bu, dini motivlərdən irəli gəlib, digər hallarda isə özü kimisini yeyən bunu, qurbanına xas olan xüsusiyyətlərə sahib olmaq məqsədilə edib.
Mədəni cəmiyyətlərdə isə hansısa fövqaldə vəziyyətlər istisna olmaqla, belə bir təcrübə mövcud deyil. Buna görə də adamyeyənlik barədə xəbərlər insanlarda ikrah və dəhşət hislərindən başqa heç nə oyada bilməz. Öz əsatirlərində adamyeyənlər haqda əfsanələr yaradan yunanlar belələrini antropofaq adlandırırdılar. Hərfi tərcüməsi elə adamyeyən deməkdir.
1942- ci ildə Xristofor Kolumb Atlantik okeanı ilə özünün məhşur səyahəti zamanı digər yerlərlə bərabər, indi bizim Kuba və Espanyola ( sonuncunun ərazisində hazırda Haiti və Dominikan Respublikası yerləşir) adlandırdığımız adları da tədqiq etmişdi. Orada Kolumb özlərini kalina, yəni güclülər adlandıran hindu qəbiləsi ilə tanış olur. Bu qəbilənin üzvləri Vest — Hindin* bir neçə kiçik adasında, həmçinin Mərkəzi və Cənubi Amerikanın sahillərində yaşayırdılar.
Kuba və Espanyolanın yerli əhalisi onlardan bərk qorxurdu. Kubalı hindular həmin qəbilənin adını təhrif edərək kaniba, Espanyola sakinləri isə kariba adlandırırdı. Bəs » güclülər»dən gələn təhlükə nədən ibarət idi? Məsələ ondadır ki, onlar məğlub etdikləri düşmənlərini əsir götürür və yeyirdilər. Ola bilsin, kiçik adalarda qida tapmaq çətin olduğundan öldürülmüş düşmənin əti kasıb yemək süfrəsini zənginləşdirirdi. Kolumb və onun adamalrı bundan dəhşətə gəlmişdilər. Sonralar ispanlar «güclüləri» tamamilə məhv etdilər.
Bu əhvalat Avropaya gəlib çatanda antropofaqları kannibal adlandırmağa başladılar və bu söz bir çox dillərdə özünə möhkəm yer tutdu. Karib dənizi isə öz adını bu qəbilənin ikinci variantından — karibadan götürüb.
*Vest- Hind- Karib dənizi, Karib adaları və sahil ərazilərini əhatə edən coğrafi bölgə
Ayzek Azimov
Отправить комментарий