×

Dünya Şəhərlər Günü

Dünya Şəhərlər günü

Dünya Şəhərlər Günü

BMT (Beynəlxalq Millətlər Təşkilatı) tərəfindən elan edilmiş Dünya Şəhərlər Günü tarixdə məhz bu gün 31 oktyabr qeyd edilir. BMT Baş Assambleyası 2013-cü ildə 31 oktyabr tarixini Dünya Şəhərlər Günü elan etmişdir.  Əsas məqsəd beynəlxalq ictimaiyyətin diqqətini qlobal urbanizasiya problemlərinə və dünyadakı şəhərlərin inkişafının əhəmiyyətinə cəlb etməkdir.

Bu gün bir çox ölkələrdə müasir şəhərlərin sosial-iqtisadi inkişafı problemlərini işıqlandıran forumlar, konfranslar, seminarlar və digər maarifləndirici tədbirlərin keçirilməsi adətə çevrilmişdir. Bu gün ənənəvi olaraq təcrübə mübadiləsi aparılır, şəhər mühitinin rahatlığı, həyat səviyyəsinin yaxşılaşdırılması, yaşayışın təhlükəsizliyi, infrastrukturun inkişafı, əlverişli ekoloji şəraitlə bağlı aktual məsələlər müzakirə olunur. Ümumdünya Şəhərlər Günü ilə əlaqədar xeyriyyə tədbirləri təşkil olunur. Yığılan vəsait meqapolislərin problemlərinin həllinə sərf olunur.

Araşdırmalara görə 1900-cü ildə dünya əhalisinin 13%-i şəhər sakinləri hesab olunurdu. Sənayenin sürətli inkişafı şəhərlərin formalaşmasına və inkişafına kömək etdi. 100 il sonra, 2000-ci ildə şəhərlərdə yaşayanların sayı artıq 47% təşkil edirdi. Buna görə də 20-ci əsr urbanizasiya dövrü adlanır.

Ən çox meqapolis — əhalisinin sayı bir milyonu ötdüyü 123 şəhər Çində yerləşir. Eyni zamanda, avropalıların 50%-i əhalisi 10 min nəfərə qədər olan kiçik şəhərlərdə yaşayır. 

Dünyanın bir neçə şəhəri ən qədim şəhər tituluna namizəddir. Bunlardan biri indiki Fələstində yerləşən Yerixo şəhəridir. 

Avropanın ən böyük üç meqapolisinə: Moskva, London və Sankt-Peterburq daxildir. Rəsmi məlumatlara görə, Rusiya paytaxtının əhalisi 12 milyon 500 min nəfərdən çoxdur.

Planetin ən çirkli şəhərləri siyahısında lider Qərbi Afrikada yerləşən Qananın sənaye və mədəniyyət mərkəzi olan Akkradır. Nəhəng elektronika zibilliyi şəhər mühitinin böyük miqyasda çirklənməsinə səbəb olmuşdur.

Britaniyanın “The Economist” jurnalı hər il yaşamaq üçün ən rahat şəhərlərin reytinqini dərc edir. Yaşamaq üçün ən rahat şəhərlər Vyana, Melburn və Osakadır.

Отправить комментарий