×

Şamil Bababəy — Bu gün onun ad günüdür

Şamil Bababəy

Şamil Bababəy — Bu gün onun ad günüdür

Şamil nazim oğlu Bababəy 1994-ci il yanvarın 4-də Ordubad rayonunun Cənnəb kəndində anadan olub. 8-ci sinfi bitirdikdən sonra 3 il Ordubad rayonu, Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb.
Şamil 2012-2016-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 4 il burada oxuduqdan sonra leytenant rütbəsinə layiq görülüb. Bir il təcrübə keçərək biliklərini təkmilləşdirib. Özünün tərbiyəsi və nizam-intizamı ilə çox keçmədən baş leytenant rütbəsinə layiq görülüb.
Şamil Bababəy N saylı Hərbi hissədə tankçı vəzifəsində xidmət edib, Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci il yanvarın 1-də Mingəçevir hərbi hissəsinə bölük komandiri təyin olunub.
Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Leytenantı olan Şamil Bababəy Ağdərə uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 7-si düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub. İkinci Fəxri Xiyabanda dəfn edilib.
Ailəli olub. Bi qız övladı yadigar qalıb.
Xidməti dövründə III dərəcəli «Qüsursuz xidmətə görə» medalına layiq görülən Bababəy şəhadətindən sonra «Suqovuşanın azad olunmasına görə», » Vətən uğrunda» medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Отправить комментарий