×

Şaməddin Əliyev — Bu gün onun ad günüdür

Şaməddin Əliyev şəhid

Şaməddin Əliyev — Bu gün onun ad günüdür

Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ kiçik çavuşu, Vətən müharibəsi şəhidi Əliyev Şaməddin Qafqaz oğlu oktyabrın 8-i 1990-cı ildə Goranboyun Balakürd kəndində doğulub.

Şaməddin Əliyev Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 29 sentyabr 2020-ci ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Yaralı olduğu halda döyüş meydanından çıxmaqdan imtina edən qəhrəmanımız, «dostlarım orada ola-ola mən xəstəxanaya gedə bilmərəm!» deyib döyüşə davam edib. Yaralı halda döyüşə davam edən Şaməddin ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.

Şaməddin eyni zamanda ağırlıqqaldırma üzrə respublika çempionu və bir sıra turnirlərin qalibi olub.

Şəhadətindən sonra «İgidliyə görə», «Laçının azad olunması» medalı, «Suqovuşanın azad olunması» medalı,  “Vətən uğrunda” medalı ilə təltif edilib.

Отправить комментарий