Vitaminlər və mikroelementlər
Payızın gəlməsi ilə əlaqədar orqanizmdə bir sıra vitaminlərin və mikroelementlərin çatışmamazlığı aşkar edilir. Bu vaxt insanlar halsızlıq, zəiflik, apatiya, yuxarı tənəffüs yollarının xəstəlikləri kimi hallarla qarşılaşırlar. Bu əslində orqanizmin hava şəraitinin dəyişməsinə, gün işığının azalmasına olan təbii reaksiyasıdır.
Vitamin və mikroelement balansının pozulması orqanizmdə baş verən proseslərin ləngiməsinə gətirib çıxarır. Hər bir vitaminin və mikroelementin orqanizmdə öz rolu var. Və hər hansı problemin olduğunu çox vaxt vitaminlər özləri xəbərdarlıq edirlər. Məsələn, Vit C çatışmazlığı olan insanların gözlərinin altında qaralma, dərilərində isə kiçik toxunuşlarda belə göyərmələr əmələ gəlir. Üzdə sızanaqların və qırmızı ləklərin əmələ gəlməsi A və B qrupu vitaminlərinin çatışmamazlığının əlaməti ola bilər. B2, B3, B6 vitaminlərinin çatışmamazlıqları dermatitlərin inkişafına səbəb ola bilər. Əgər yaralar gec sağalırsa bu, K, D və C vitaminlərinin çatışmamazlığının göstəriciləri ola bilər. Orqanizmində dəmir çatışmamazlığı olan insanlarda anemiya yarana bilər. Maqnezium çatışmamazlığı isə qıcolmalara səbəb ola bilər. Saçlarda kəpəyin olması orqanizmdə B12, B6, F vitaminlərinin və selen mikroelementinin çatışmamazlığından xəbər verə bilər. Saçlarınız tökülür? B qrupu və C vitaminlərinin, selen, sink, kalsium və maqnezium elementlərinin çatışmamazlığı barədə düşünmək lazımdır. Burundan tez-tez qan açılmasının səbəbi K, C və P vitaminlərinin çatışmamazlığı ola bilər.
Vitaminləri və mikroelementləri niyə qəbul etməliyik?
Qışda biz daha çox virus xəstəliklərindən və soyuqdəymədən əziyyət çəkirik və bunun səbəbi vitamin və mikroelement çatışmamazlığı zamanı immunitetin azalmasıdır. İlk növbədə, virus xəstəliklərindən qorunmaq üçün D vitaminindən istifadə etmək lazımdır. Mütəxəssislər bunun antibakterial və antivirus immuniteti dəstəkləyə bilən «unudulmuş immunomodulyator» olduğuna inanırlar. C, A, E, B qrupu vitaminləri, həmçinin selen, sink, maqnezium mikroelementləri də anadangəlmə immunitetin qorunmasında mühüm rol oynayır. Tədqiqatlar göstərir ki, hipotermiyadan sonra 2-4 saat ərzində bir insan immuniteti qorumaq üçün çox miqdarda sink itirir. Əgər möhkəm soyuqlamısınızsa və boğazınız ağrıyırsa, ilk 24 saat ərzində sink və C vitamini qəbul etsəniz bu, soyuqdəymənin qarşısını almağa kömək edə bilər. Sadəcə mümkün qədər tez başlamaq lazımdır.
Отправить комментарий