×

Şahid Əhmədli — Bu gün onun ad günüdür

Sahid Ehmedli sehid

Şahid Əhmədli — Bu gün onun ad günüdür

Şahid Gülməmməd oğlu Əhmədli 17 oktabr 1992-ci ildə Saatlı rayonunun Qaracalar kəndində anadan olub. 2007-2010-cu illərdə isə Çəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2010-2014-cü illərdə Heydər Əliev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.

Əhmədli Şahid Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib və şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şahid Əhmədli ölümündən sonra 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahid Əhmədli ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.
Qeyd edək ki,Şahid Əhmədli vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə daha əvvəl «Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı və «Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı ilə də təltif edilib.

Отправить комментарий