Riyaziyyat elmlərin şahıdır
«Riyaziyyat — elmlərin şahıdır! Arifmetika isə riyaziyyatın şahıdır!» Bu sözləri görkəmli alman riyaziyyatçısı Karl Fridrix Qauss demişdir. Riyaziyyat yunanca «mathematike» deməkdir və «máthema» — bilik, elm sözündən götürülmüşdür. Arifmetika isə yunanca «rəqəm» deməkdir. Keçmişdə pifaqorçular arifmetikanın, yəni, rəqəmlərin dünyanı idarə etdiyini söyləyirdilər. Elmin, texnikanın inkişafı göstərir ki, elə müasir dünyada da riyaziyyat elmi dünyanı idarə etməyə qadirdir.
Çoxları riyaziyyat elminə bir fənn kimi baxaraq insanların həyatında onun rolunu kifayət qədər qiymətləndirmirlər. Əslində isə riyaziyyat yalnız məktəbdə keçirilən bir fənn deyil. Riyaziyyat bir düşüncə tərzidir, beyin üçün məşqdir. Riyaziyyat insanda məntiqi, deduksiya (əldə etmə, hasil etmə) və analiz etmək qabiliyyətini inkişaf etdirir. Riyazi bacarıqların inkişafı insan şüuruna təsir edərək bir neçə addım irəlini görməyə kömək edir. Bundan başqa riyaziyyat elmi insan beyninin sol yarımkürəsini inkişaf etdirərək, oxumaq, yazmaq, faktları, tarixləri, adları yadda saxlamaq qabiliyyətini yaxşılaşdırır. Uşaqlarda sol yarımkürə inkişaf etdikcə onlar daha yaxşı oxumağa başlayırlar və məlumatları daha yaxşı yadda saxlayırlar. Bu da onlara gələcəkdə öz nöqteyi- nəzərlərini müdafiə etməyə və hərəkətlərini əvvəlcədən düşünməyə kömək edir. Riyaziyyatı qavrayan uşaqlar digər fənnləri də çətinlik çəkmədən qavrayırlar.
Riyaziyyata yalnız bir fənn kimi yox, insanın zehni qabiliyyətlərini inkişaf etdirən bir vasitə kimi baxsaq, bu elmin insan həyatında olan əvəzolunmaz rolunu görərik:
- riyaziyyat analitik və deduktiv düşüncəni inkişaf etdirərək proqnozlaşdırmanı öyrədir;
- yaddaş, məntiqi təfəkkür, əsaslandırma və nəticə çıxarma bacarığını gücləndirir;
- intellekti məşq etdirir.
Riyaziyyat elmi insanlarda başqa sahələrin inkişafına yol açır. Musiqi ilə məşğul olan bir insan notları öyrənərkən birbaşa arifmetikadan istifadə edir. Riyaziyyatın beynin sol yarımkürələrinə olan müsbət təsirindən insanların incəsənət sahəsində (musiqi, rəsm, yazı, şeir) olan bacarıqları daha da tez aşkar edilə bilər. Riyaziyyat həmçinin dil öyrənmək qabiliyyətini artırır.
Yuxarıda saydığımız bacarıqları özündə inkişaf etdirən bir insan həmişə səliqəli, ayıq, ciddi, emosiyalarını idarə edən, intellektual və xarizmalı birinə çevrilir.
Deməli, riyaziyyat həyatı gözəlləşdirir:)
Отправить комментарий