×

Calal Calalzadə — Bu gün onun ad günüdür

Calal Calalzade sehid

Calal Calalzadə — Bu gün onun ad günüdür

Calal Qaryağdı oğlu Calalzadə 1993-cü il oktyabr 17-də Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub.

 

Azərbaycan Ordusunun əsgəri olan Calal Calalzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb,oktyabrın 3-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Mustafaağalı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Calal Calalzadə ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

Отправить комментарий