×

Qəzet sözünün mənşəyi

Qəzet sözünün mənşəyi

Qəzet sözünün mənşəyi

Qədim zamanlarda insanlar «xəbər»in nə olduğunu bilmirdilər. Kimsə şəhərə gedib qayıdanda gördüklərini və eşitdiklərini hamıya danışırdı. Ancaq bu məlumatlar insanlar üçün çox məhdud olurdu.

Ölkə başçıları həm ölkənin içində, həm də xarici ölkələrdə nə baş verdiyini bilmək istəyirdilər. Bu səbəbdən də təsadüfü səyyahların söylədikləri ehtimallarla kifayətlənmək istəmirdilər. Ona görə də başqa ölkələrə elçilər göndərməyə başladılar. Lakin onların gətirdikləri xəbərlər təkcə ölkəni idarə edənlər üçün nəzərdə tutulurdu.

Bu xəbərlər hökmdarlardan başqa tacirləri də maraqlandırırdı. Onlar gəmilərlə başqa ölkələrə mal göndərirdilər. Buna görə də başqa ölkələrdə baş verən vətəndaş müharibəsi, hər hansı bir başqa təhlükə birbaşa onların işinə zərər vura bilərdi. Tacirlər mal və pulllarını itirmək istəmirdilər.

XV əsrdə çap işi icad edildikdən sonra, nəhayət dillərdə dolaşan və təhrif olunan xəbərlərdən qurtulmaq mümkün oldu. Belə ki, artıq xəbərləri və məlumatları bir neçə nüsxədə çap edib maraqlanan şəxslərə vermək olardı.

Bu hadisə yeni tarixin başlanğıcı olan İtaliyada baş vermişdi. O zamanlar dünyanın ən inkişaf etmiş şəhərləri İtaliyada idi. XVI əsrdə ən nüfuzlu şəhər Venesiya idi. Təxminən 1550 — ci ildə Venesiyada ən çox xəbərlər çap olunmuş vərəqlər yayılmağa başladı. Bu vərəqlər demək olar ki, o zamanın qəzetləri idilər. Onlar balaca, kələ — kötür, çox ucuz idilər. Dəyəri çox az olan metal pula bu vərəqələrin bir nüsxəsini və ya bu vərəqələrdəki xəbərlərin ucadan oxunduğu toplantıya buraxılışı almaq olurdu.

Bu metal pullar » gazzete « adlanırdı. Tezliklə xəbər vərəqələri də belə adlandırılmağa başlandı.

Ayzek Azimov

Отправить комментарий