Qartal və dovşan
Qartal ağacın budağında oturub dincəlirdi. Dovşan qartalı görüb soruşdu:
— Olar, mən də sənin kimi oturum, heç nə etməyim?
— Əlbəttə, olar. Niyə olmasın? — deyə qartal cavab verdi.
Dovşan ağacın altında oturub dincəlməyə başladı. Birdən oradan keçən bir tülkü dovşanı gördü, onu tutub yedi.
Nəticə: Heç nə eləmədən, sadəcə oturub dincəlmək istəyirsinizsə, çox yüksəkdə oturmalısınız.
Отправить комментарий