×

Ümman Əmiraslanov — Bu gün onun ad günüdür

Ümman Əmiraslanov

Ümman Əmiraslanov — Bu gün onun ad günüdür

Ümman Namiq oğlu Əmiraslanov 1996-cı il, dekabrın 21-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində dünyaya göz açıb. Ailədə 5 nəfər olublar (atası II qrup əlildir və bacılarından biri daun sindromludur). O, 3 bacının tək qardaşı idi. 2003-2014-cü illərdə Qəbələ rayonu Şəhid Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbində təhsil alıb. 2009-2010-cu illərdə Şəki Islam Mədrəsəsində dini təhsil alıb.

2014-cü ildə həqiqi hərbi xidmət yaşı çatsa da, ayağındakı problem üzündən (ayağının altı düz olduğu üçün) xidmətə yararsız hesab edilir. Buna baxmayaraq israrları sayəsində istəyinə nail olur və xidmətə yollanır( Sumqayıt, N saylı hərbi hissə, kəşfiyyat bölüyü). 2016-cı ildə xidmətini başa vurur. Ailəsi ilə Bakıya köçsə də pandemiya səbəbi ilə yenidən Qəbələyə, kəndlərinə qayıdırlar. Qəbələdə «OBA» marketdə çalışır, idarəçi işinə qədər yüksəlir. 14 iyul 2020-ci il tarixində  könüllü olaraq orduya yazılır. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü şəkildə döyüşlərə yollanır. Yaşayış məntəqələrimizin azad edilməsində xüsusi igidlik göstərir.2 oktyabr 2020-ci il tarixində Tərtər rayonu ərazisində şəhid olur.

Prezidentin  sərəncamları əsasında şəhid Ümman Əmiraslanov » Vətən uğrunda», » Laçının azad olunmasına görə» «İgidliyə görə»  «Suqovuşanın azad olunmasına görə » medalları ilə təltif edilib.

Отправить комментарий