Hüseynağa Balıyev — Bu gün onun ad günüdür
Hüseynağa Salman oğlu Balıyev 1987-ci il dekabrın 22-də Salyan şəhərində dəmiryolçu ailəsində anadan olub. Hüseynağa 2004-cü ildə orta məktəbi bitirdikdən sonra hərbçi peşəsinə yiyələnmək üçün Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2010-cu ildə oranı əla qiymətlərlə bitirərək, Naxçıvandakı hərbi hissədə zabit kimi qulluq etməyə başlayıb. 2015-ci ildə onun xidmət yeri cəbhə xəttinin Ağcabədidən keçən hissəsində yerləşən hərbi hissələrdən birinə dəyişdirilib. Əvvəlcə qərargah rəisi, bir müddət sonra isə tabor komandiri kimi xidmət edib.
Azərbaycan ordusunun mayoru olan Hüseynağa Baliev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseynağa Baliev oktyabrın 8-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Salyan şəhərində dəfn olunub.
Ailəli idi. İki övladı yadigar qalıb.
Silahlı Qüvvələrin tabor komandiri, mayor Hüseynağa Balıyev ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda”, «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilib.
Отправить комментарий