İtalyan dili dərsləri
Dərs 2
Gəlin, dərsimizi fellərlə başlayaq!
İtalyan dilində düzgün və düzgün olmayan fellər var.
Düzgün fellər 3 cür olduğundan uzlaşma da 3 olur.
I uzlaşma: sonu —are ilə qurtaran fellər.
Parlare- danışmaq
Abitare- yaşamaq
Studiare – oxumaq
Lavorare – işləmək
II uzlaşma: sonu –ere ilə qurtaran fellər.
Vedere – görmək
Prendere – götürmək
Scrivere – yazmaq
III uzlaşma: sonu –ire ilə qurtaran fellər.
Aprire – açmaq
Dormire – yatmaq
Capire – başa düşmək
Spedire – göndərmək
I uzlaşmaya ətraflı baxaq.
Parlare – danışmaq.
Presente | Singolare | Plurare |
I şəxs
II şəxs III şəxs |
(io) parlo -danışıram
(tu) parli — danışırsan (lui)parla — danışır lei |
(noi) parliamo — danışırıq
(voi) parlate — danışırsınız (loro) parlano — danışırlar |
Digər are ilə qurtaran fellər də şəxslər üzrə bu qaydada uzlaşır.
Məsələn: İo parlo italiano.- Mən italyanca danışıram.
Noi abitiamo a Baku.- Biz Bakıda yaşayırıq.
Lui parla russo.- O, rusca danışır.
və s.
Salamlaşma qaydası.
Ciao,Laura.-Salam, Laura.
Ciao,Roberto.-Salam, Roberto.
Come stai?- Necəsən?
Bene,grazie e tu?-Yaxşıyam, sağ ol, sen necəsən?
Molto bene.- Çox yaxşı.
Sual sözləri.
Chi? — kim? Come? – necə?
Che cosa? — nə? Guanto? – neçə?
Che cosa `e?- bu nədir? Guando? – nə vaxt?
Dove? — harda? hara? Guale?che? – hansı?
Di dove? — haradan? Perche? – niyə?
— Chi `e Laura? – Laura kimdir?
— `E italiana. — O, italyandır.
— Chi `e Roberto? – Roberto kimdir?
— `E italiano. – O, italyandır.
— Chi sono Roberto e Laura? – Roberto və Laura kimdir?
— Sono İtaliani. – Onlar italyandırlar.
İndi isə inkar cümlələrə baxaq!
— Laura `e russa?- Laura rusdur?
— No, non `e russa. – Xeyr, rus deyil.
— Roberto `e russo?- Roberto rusdur?
— No, non `e russo. – Xeyr, rus deyil.
— Roberto e Laura sono russi? – Roberto və Laura rusdurlar?
— No,non sono russi,sono italiani.- Xeyr, rus deyillər, italyandırlar.
Ugurlar! Ciao!
Отправить комментарий