×

İlkin Ələsgərli — Bu gün onun ad günüdür

İlkin Ələsgərli şəhid

İlkin Ələsgərli — Bu gün onun ad günüdür

 İlkin Bəkir oğlu Ələsgərli 1992-ci il oktyabrın 14-də Şəmkir rayonunun Keçili kəndində anadan olub. 1999–2010-cu illərdə S. Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb.

lkin Ələsgərli 2010–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Daha sonra xidmətini «gizir» hərbi rütbəsi altında davam etdirib. İlkin Ələsgərli 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Ələsgərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb və mərdlik göstərib. 15.12.2020-ci il tarixli Sərəncama əsasən İlkin Ələsgərli ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman igidlik göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ələsgərli ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif edilib.

İlkin Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şücaət nümayiş etdirib. Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilib.

Отправить комментарий