×

Heybullah Əsdiyev — Bu gün onun ad günüdür

Heybullah Əsdiyev

Heybullah Əsdiyev — Bu gün onun ad günüdür

Heybullah Əsdiyev Məzahir oğlu 1993-cü il oktyabrın 14-də Balakən rayonunun Qaysa kəndində anadan olub.2000-2011-ci illərdə Qaysa kənd tam orta məktəbində təhsil alıb. 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Heybullah Əsdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Qaysa kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Heybullah Əsdiyev ölümündən sonra «Vətən uğrunda»və «Suqovuşanın azad olunmasına görə» medalları ilə təltif edilib.