Metabolik sindrom
Metabolik sindrom — arterial hipertoniya, dislipidemiya, piylənmə və qlükozaya tolerantlığın pozulmasının birlikdə aşkar edildiyi patoloji haldır. Bu hal şəkərli diabet və ürək — danmar sistemi xəstəliklərinin əmələ gəlmə riskini artırır. Metabolik sindrom qadınlarda kişilərə nisbətən 2 -3 dəfə çox rast gəlinir.
Metabolik sindromun səbəbləri
- İrsiyyət
- Yaşlı xəstlər
- Qeyri- rasional qidalanma (piylənmə inkişaf edir)
- Menopauza
- Oturaq həyat tərzi
- Uşaqlıqda 5 -7 yaşlarda piylənmənin olması
- Doğulduqda çox aşağı və ya çox yüksək çəki
- Mərkəzi tipli disrequlyasiya (emosiyalarını idarə edə bilməmək)
Qidada yüksək miqdarda yağın qəbul edilməsi nəticəsində hüceyrələrin insulinə olan həssaslığı pozulur. Nəticədə insulin rezistentlik inkişaf edir. Bu vaxt mədəaltı vəz daha çox insulin ifraz etməyə başlayır ki, bu da vəz hüceyrələrinin məhv olmasına və ikinci tip şəkərli diabet xəstəliyinin əmələ gəlməsinə gətirib çıxarır.
Metabolik sindromun simpomları
Metabolik sindromun əsas əlaməti visseral piylənmənin ( daxili orqanların ətrafında piy toxumasının əmələ gəlməsi) olmasıdır. Aşağıdakı əlamətlərə görə demək olar ki, artıq metabolik sindrom inkişaf edib.
- Bel ölçüsü(normal kişilər üçün 94 sm-ə qədər, qadınlar üçün 80 sm-ə qədər);
- Arterial hipertoniya ( norma 130/80 mm.g.s)
- Qanda qlükozanın yuxarı səviyyəsi ( norma 6,1 — 7,0 mmol/l).
- Dislipidemiya (trigliseridlər 1,7 mmol/l və yuxarı, HDL qadınlarda 1,2 mmol/l və aşağı, kişilərdə 1,0 mmol/l və aşağı, LDL 3,0 mmol/l və yuxarı);
Отправить комментарий