×

Bədən dili

Bədən dili

Bədən dili

Qarşımızdakı insanla ünsiyyət qurarkən, ona bir mesaj verərkən üç kanaldan istifadə edirik.

  • Söz : Burada çatdırmaq istədiyiniz fikirlərin məzmunu nəzərdə tutulur.
  • Səs : Burada intonasiya, vurğu və tələffüz nəzərdə tutulur.
  • Bədən dili : Burada jestlər, bədənin vəziyyəti, baxışlar və ünsiyyət qurduğunuz insanla məsafəniz nəzərdə tutulur.

Söz ⇒             —   %

Səs ⇒              —   %      = 100

Bədən dili      —   %

Siz də qarşınızdakı insanla ünsiyyətdə olarkən bu kanallardan necə istifadə etdiyinizə bu sxem üzrə baxa bilərsiniz.

 Səs ——— 7%

Söz ———-38%

Bədən dili— 55%

 

Baş barmaq yuxarı olan bu hərəkət bəzi ölkələrdə ( məsələn Amerika ) uğur mənasını daşısa da, digər ölkələrdə ( İran, Avstraliya) söyüş kimi qəbul edilir.

 

ABŞ — da Şimal və Cənub müharibəsində əsgərlər hər gün yürüş edirdilər və həlak olmuş insanlar barədə hesabat verirdilər. Əgər 5 nəfər həlak olubsa, » five people are killed» ( 5 kişi öldürüldü) deyərdilər. . Bu qısaca «five key» deməkdir. Əgər heç kim ölməyibsə, bu gün ölən yoxdur » Ovv key», qısaca » OK» deyərdilər. Bu gün Amerikada bu işarət «problem yoxdur» və ya uğur mənasında işlədilir. Bəzi ölkələrdə  ( məs: Türkiyə, Latın ölkələrində) isə bu söyüş kimi qəbul edilir. Yaponiyada bu hərəkət pul mənasını, Fransada isə lazımsız bir şey, sıfır mənasını verir.

II Dünya müharibəsindən sonra Vinston Çörçilin  işarət və orta barmağını istifadə edərək «Victory» ( zəfər, qələbə)  kəlməsinin ilk hərfini göstərməsi, sonradan bütün dünyada bu hərəkətin qələbə, zəfər rəmzi kimi qəbul edilməsinə səbəb olmuşdur.

Eyni hərəkəti ovcunuzu özünüzə tərəf çevirib etsəniz, bəzi ölkələrdə ( Azərbaycan, Türkiyə) iki rəqəmini göstərmiş, İngiltərədə isə qarşınızdakı insana » sənin buynuzun var» göstərərək söyüş etmiş olarsınız.

Əllərin yalvaran ( dilənçi) mövqeyi

Bu mövqe dua etmək, yalvarmaq, soruşmaq, rahatlıq mənası verir. Dilənçi mövqeyi ünsiyyət zamanı başqalarını narahat etməyəcək, avtoritet hissi yaratmayacaq. Bu hərəkət inandırmaq, ünsiyyət qurmaq, «bax, əlimdə heç nə saxlamıram» mənasında işlədilir.

Diktator mövqeyi

Əllərin  ovcu aşağı vəziyyəti insanların üzərində hakimiyyət qurmaq, sözünü keçirtmək, mübahisələrdə və davalarda qalib gəlmək mənasını verir. Əlbəttə, burada səs tonu da çox vacibdir. Bu mövqedən ən çox siyasətçilər istifadə edirlər.

Təhdit mövqeyi

Əlin bu vəziyyəti kimisə təhdit etmək, qorxutmaq mənasını verir.

                         

 

        

                   

Отправить комментарий