×

BMT 30 ildən sonra Qarabağda

BMT 30 ildən sonra Qarabağda

BMT 30 ildən sonra Qarabağda

Bu gün 1 oktyabr 2023-cü il BMT missiyası Qarabaga gəlib. Missiyanın üzvləri Ağdamdan keçərək Əsgəran- Xankəndi istiqamətində hərəkət ediblər. Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir. BMT missiyası Xankəndinə keçiblər. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

BMT-nin missiyası və məqsədi beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi olduğunu nəzərə alsaq, çox suallar meydana çıxır. Nə səbəbdən 30 il ərzində Qarabağda olan haqqsızlıqlara BMT missyası öz münasibətini bildirməyib? Niyə görə Azərbaycana qarşı bu günə qədər davam edən terror aktına qarşı heç bir təşkilat hərəkətə keçməyib?

Отправить комментарий