×

Zaur Dadaşov — Bu gün onun ad günüdür

Zaur Dadaşov

Zaur Dadaşov — Bu gün onun ad günüdür

Dadaşov Zaur Zümrüd oğlu 1997-ci il dekabrın 5-də Rusiya Federasiyasının Surqut şəhərində anadan olub. 2000-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. O, 2004-cü il sentyabrın 15-də Xaçmaz rayonu Aslan Oba kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2015-ci ildə məktəbi əla qiymətlərlə bitirib. 2016-cı ilin yanvar ayında hərbi xidmətə yollanıb və 2017-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olub.

Zaur 2020-ci il sentyabr ayının 9-da MAHHXHQ kimi Qusar rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıb, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 12 oktyabr Füzuli rayonu kənd Horadiz uğrunda gedən döyüşlərdə yüksək şücaət göstərmiş və qəhrəmancasına vuruşmuş, düşmən snayperindən açılan atəş nəticəsində şəhid olmuşdur.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zaur Dadaşov ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edildib.

Отправить комментарий