×

Yaponiya əhalisinin hər 10-dan biri 80 və daha yuxarı yaşdadır.

Yaponiya

Yaponiya əhalisinin hər 10-dan biri 80 və daha yuxarı yaşdadır.

Tarixdə ilk dəfədir ki, Yaponiyada hər 10 nəfərdən birinin yaşı 80 və daha yuxarıdır. Milli gösrəricilərə görə 125 million əhalidən 29,1%-i 65 və daha yuxarı yaşdadır. Bu isə rekord sayılır.

Yaponiya dünyada ən aşağı doğum nisbətinə malikdir və uzun müddətdir ki, yaşlı əhalisini yaxşı təmin etmək üçün əlindən gələni edir. Birləşmiş Millətlər Təşkilatının göstəricilərinə görə Yaponiyada 65 və yuxarı yaş həddində dünyanın ən yaşlı əhalisi yaşayır. İtaliyada bu nisbət 24,5% və Finlandiyada 23,6% təşkil edir ki, bu da müvafiq olaraq ikinci və üçüncü yerləri tutur.

Yaponiyadakı bu uzunömürlüyün sirrləri çox sadədir.

Qidalanma

Yaponiyada həddindən artıq yemək adət deyil. Əsas qayda yalnız aclıq hiss etdikdə yeməkdir. Yaponlar qidanı kiçik hissələrlə yeyirlər, həzm orqanlarının aşınmasının qarşısını alırlar. Çoxlu tərəvəz, kifayət qədər su və şəkərdən imtina uzunömürlüyün və sağlam görünüşün sirridir. Yaponiyada jasmin ilə yaşıl çay çox məşhurdur, çünki o, immunitet sistemini gücləndirməyə kömək edən güclü antioksidantdır.

Həyat fəlsəfəsi

Yaponlar münasib iş tapmağı və həyatlarını buna həsr etməyi özlərinə borc bilirlər. Şəxsi inkişaf üçün bacarıqları təkmilləşdirmək vacibdir. Neqativdən qurtulmaq, sevincə can atmaq, başqalarına kömək etmək — həyatın mənası budur.

Maraqlı fakt: uzunömürlülük az çətinlik və yüngül stress tələb edir. Yaponlar üçün həyatın açarı aktiv beyindir! Beyninizi hər gün yeni məlumatlarla məşq etdirməklə onun qocalmasının qarşısını almış olursunuz. Sadəcə unutmayın: çox əsəbi olmamalısınız, optimist olmalısınız.

Ünsiyyət

Yaponların başqa bir sirri sevdikləri insanlarla daimi ünsiyyətdə olmaqlarıdır. Ailə və ya dostları ilə harasa getməyi sevirlər, ümumiyyətlə, bir araya gəlmək üçün hər hansı bir səbəb axtarırlar. İnsanın yaxınları ilə ünsiyyət xüsusi rahatlıq və həzz hissi oyadır.

Yaponlar səyahət etməyi sevirlər. Yəqin ki, uzunömürlü yaponların daim müxtəlif ölkələrə səyahət etdiyini görmüsünüz. Tez-tez səyahət edənlər, işləyənlər və çox ünsiyyət quranlar daha uzun yaşayırlar.

Vərdişlər

Yaponlardan nümunə götürə biləcəyimiz faydalı vərdişlərindən biri daha çox hərəkət etməkdir. Bunun üçün çox aktiv və ağır məşq yox, müntəzəm və orta ağırlıqda məşq etmək lazımdır.

Yaponiyada əhalinin çox kiçik bir faizi siqaret çəkir. Heç kimə sirr deyil ki, siqaret çəkmək tez yaşlanmanın əsas səbəbi ola bilər.

    Отправить комментарий