×

Sevgi, əfv, sağlamlıq

Sevgi, əfv, sağlamlıq

Sevgi, əfv, sağlamlıq

İnsan- bədənini idarə edən ruhdan ibarətdir.

Fiziki və ruh sağlığı həmişə ayrı-ayrı mövhum kimi qəbul edilib. Elə buna görə də insanlar çox vaxt xəstəliklərə qalib gələ bilməyiblər.

Xəstəliyi ancaq onun səbəbini tapdıqdan sonra müalicə etmək olar, səbəb isə insan ruhunun dərinliklərindədir. Təəssüf ki, insanların çoxu bunu dərk etmir.

İnsan üçün ən yaxşı həkim- özüdür, çünki insan özünün ən yaxınıdır, ən əzizidir. Həkimim vəzifəsi isə öyrətmək, istiqamətləndirmək, kömək etmək, səhvləri qeyd etməkdir. Əgər insan özü- özünə kömək etmirsə, heç Allah da ona kömək etməyəcək.

İnsan bədəni daim sevgi gözləyən uşaq kimidir, əgər biz az da olsa, onun qayğısına qalsaq, o, çox sevinir və dərhal, səxavətlə bizi mükafatlandırır.

Səhər tezdən oyanan bir insan : «Sabahın xeyir, mənim bədənim. Mən səni sevirəm! Bu gün yaxşı gün olacaq» — deyərsə, həqiqətən də həmin gün yaxşı olacaq.

Gecə yatanda isə : «Gecən xeyrə qalsın, mənim bədənim. Mən səni çox sevirəm! Yuxum şirin olacaq.» -deyərsə, yuxu doğrudan da rahat olacaq.

Xəstəlik- özümüzə olan, bədənimizə olan səhvlərin nəticəsidir. Səhvləri ilə üzləşməyi və onları düzəltməyi xoşlamayan insanlar özlərini əzablara məhkum edirlər.

İnsan həyatda tək deyil və xəstə insan ətrafındakılara neqativlik saçır, bununla da onlara pislik edir.

Bir insanın neqativ fikirləri onun ailəsində də xəstəliklərə səbəb olur. Neqativ insan xəstəliyi özünə çəkir. Bu nəticədir.

Luule Viilma

Отправить комментарий