×

Xəyal Həsənov — Bu gün onun ad günüdür

Xəyal Həsənov

Xəyal Həsənov — Bu gün onun ad günüdür

Xəyal Əliyulla oğlu Həsənov 1998-ci il noyabrın 30-da Şabran şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 2018-ci ildə Xəyal Həsənov həqiqi hərbi xidmətə çağırılıb.

Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda Vətən müharibəsi başlananda Xəyal Həsənovun hərbi xidmətini başa vurmasına 2 ay qalırdı. Buna baxmayaraq Xəyal düşmənə qarşı ön cəbhədə döyüşməyi seçib, bununla da şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsi zamanı Xəyal Həsənov Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Hətta düşmənlə əlbəyaxa da döyüşüb. 22 yaşı tamam olmamış Xəyal Həsənov 2020-ci ilin 4 oktyabr tarixində Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Həsənov ölümündən sonra «Vətən uğrunda» medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə «Cəsur döyüşçü» medalı, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilib.

Отправить комментарий