×

Maykl Cekson — Thiriller

Maykl Cekson

Maykl Cekson — Thiriller

30 noyabr 1982- ci ildə musiqi tarixində ən çox satılan albom — Maykl Ceksonun “Thiriller” albomu işıq üzü gördü.

«Triller» albomu  Epic Records  studiyasında  buraxıldı. Bu, Maykl Ceksonun altıncı studiya albomu oldu. Albom «Billie Jean» və «Beat it» kimi hitlər də daxil olmaqla ümumilikdə doqquz trekdən ibarət idi. Albom çıxdıqdan iki il sonra 20 milyon nüsxə ilə satıldı. Və 1984-cü ildə Grammy mükafat mərasimində bir anda səkkiz mükafat aldı. Ümumilikdə albom 109 milyon nüsxə ilə satılaraq dünya rekorduna imza atıb.

Pop Kralı kimi məşhurluq qazanmış Maykl Cekson 29 avqust 1958 – ci ildə ABŞ-ın İndiana ştatında anadan olub. Uşaq yaşlarından «Jackson 5″ qrupunun üzvü kimi tanınan, daha sonra solo artist kimi şöhrət qazanan pop ulduzu 13 Qremmi mükafatına və yüzlərlə digər mükafatlara sahib olub.

Maykl Cekson nəinki mahnıları ilə, hətta rəqsləri, imici ilə dünya musiqi mədəniyyətinə yeniliklər gətirən bir musiqiçi olub.  » Ay yerişi» rəqs hərəkətini məhşurlaşdıran məhs Maykl Cekson olmuşdur. 1983-ci il martın 25-də Maykl Cekson «Billy Jean» mahnısını ifa edərək ilk dəfə bu hərəkəti etdikdən sonra tamaşaçılar üçün bu rəqs Ceksonun özünəməxsus «fişka»sı kimi möhürləndi .

Dünyada elə musiqiçilər var ki, onlar öz mahnıları ilə, öz imicləri ilə, öz rəqsləri ilə təkarolunmazdılar və bir dünya markası kimi hətta ölümündən sonra həmişə dəbdə olacaqlar. Bu sözlər Maykl Ceksona aiddir.

Dünya şöhrətli müğənni 2009-cu il iyunun 25-də 50 yaşında vəfat edib.

Отправить комментарий