×

Telman Abışov- Bu gün onun ad günüdür.

Telman Abışov şəhid

Telman Abışov- Bu gün onun ad günüdür.

Telman Nadir oğlu Abışov 1995-ci il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub.

Əsgər Telman Abışov Vətən müharibəsi dövründə Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Telman Abışov noyabrın 10-də Şuşada şəhid olub. Sumqayıt şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Abışov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin digər Sərəncamına əsasən Telman ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edildi.

Döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdlik və igidliyinə görə şəhidimiz, həmçinin ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif edilib.

Отправить комментарий