×

Yuval Noah Harari

Harari

Yuval Noah Harari

Tarixçi və futuroloq kimi tanınan Yuval Harari həm keçmiş, həm də gələcək üzrə mütəxəssisidir. 47 yaşlı hərbi tarixçi, futuroloq, yazıçı Harari ən çox satılan kitablar arasında olan » Sapiens» -Bəşəriyyətin Qısa Tarixi kitabının müəllifidir . Onun kitabları 60 dilə tərcümə olunub və 27,5 milyon nüsxə satılıb.

Harari İsrailin şimalındakı Kiryat Ata şəhərində anadan olub. Artıq üç yaşında olanda oxuya bilirdi və səkkiz yaşından intellektual qabiliyyətli uşaqlar üçün olan sinifdə oxuyurdu. Məktəbdən sonra o, ölkənin ən nüfuzlu universitetinə — dünyanın 100 ən yaxşı təhsil müəssisəsindən biri olan Yerusəlim İvrit Universitetinə daxil olmuşdu. Orada Yuval tarixi və beynəlxalq münasibətləri öyrənmişdi.

Məzun olduqdan sonra İngiltərənin Oksford Universitetinin İsa Kollecində təhsilini davam etdirib və burada doktorluq dissertasiyası müdafiə edib. Harari 2003-cü ildə vətənə qayıdıb və bir il sonra ilk kitabını nəşr etdirmişdir. Sonrakı iki əsəri müharibələrə və hərb mədəniyyətinə həsr olunub.

Harari 2014-cü ildə «Sapiens: Bəşəriyyətin Qısa Tarixi» adlı dördüncü kitabı ilə dünya şöhrəti qazandı. O, həm elmi ictimaiyyətin, həm də dünyanın adi oxucularının marağına səbəb olub.

Harari dünyanın ən nüfuzlu ziyalılarından biridir. Hal- hazırda o , öz oxuduğu universitetdə dərs deyir. O, aparıcı rəy liderlərinin dəvət olunduğu Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısında bəşəriyyətin gələcəyi ilə bağlı iki dəfə çıxış edib. O, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla, dövlət başçıları ilə qlobal məsələləri müzakirə etmək üçün müntəzəm olaraq görüşür. 2018-ci ildə TED konfransında rəqəmsal avatar şəklində çıxış etmişdir.

Harari gələcək haqqında proqnozlar verərək bir çox sahələrdə sünü intellektin üstün olacağı barədə yazır. Bu isə ictimayyət tərəfindən birmənalı qarşılanmır.

Отправить комментарий