×

Tarixdə bu gün — Gülüstan müqaviləsi

Tarixdə bu gün — Gülüstan müqaviləsi

1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Rusiya və İran arasında imzalanan «Gülüstan sülh müqaviləsi» torpaqlarımızın parçalanmasına gətirib çıxartdı. 410 min kvadrat kilometrlik ərazisi olan dövlətimiz əlimizdən çıxdı.

Rusiya tarixində “sülh müqaviləsi” kimi yad edilən bu hadisə, əslində Rusiya ilə müharibədə uduzmuş İranının Qafqazdan Rusiyanın xeyrinə əl çəkməsi idi. Çünki, bu müqavilənin şərtlərinə görə,  Naxçıvan və İrəvan xanlıqlarını çıxmaq şərtilə Arazın şimalındakı bütün Azərbaycan xanlıqları Rusiyanın tabeliyinə keçirdi.

Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil oldu. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya  tərəfdən isə Ratişev imzalamışdı. 11 maddədən ibarət müqavilə ilə torpaqlarımız amansızcasına bölüşdürüldü. Düşmənçiliyə son qoymaq üçün iki işğalçı ölkə bundan sonra «əbədi dostluq şəraitində yaşayacaqlarına» söz verdilər.

Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan  xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verildi.

Beləliklə də çar Rusiyası və Qacarlar İranı öz iyrənc siyasətləri ilə Azərbaycanı iki yerə böldülər.

Отправить комментарий