×

Əli Ələkbərov — Bu gün onun ad günüdür

Əli Ələkbərov şəhid

Əli Ələkbərov — Bu gün onun ad günüdür

Ələkbərov Əli Ələkbər oğlu 12 oktyabr 1985-ci ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olub. Bakıdakı 157nömrəli məktəbin məzunu olub. İqtisad Universitetini bitirib.

O, iyul ayında Tovuzda baş verən erməni təxribatlarından sonra orduya könüllü yazılır. General Polad Həşimovun şəhid olması ona çox pis təsir edir. Hər gün müharibənin başlamasını və torpaqların azad olunmasını arzulayır. 27 sentyabrda Azərbaycan qoşunlarının növbəti erməni təxribatına cavab olaraq başlatdığı əks-hücum əməliyyatı Əlini sevindirir. Yenidən hərbi komissarlığa yollanır və istəyinə nail olur. Oktyabrın 5-də Orduya çağırılır, döyüşlərə yola düşür. Oktyabrın 17-də cəbhənin Ağdərə-Ağdam istiqamətlərində gedən döyüşlərdə qərhəmancasına şəhid olur.
Şəhidin atası Ələkbər Ələkbərov da döyüşçü olub. O, ilk Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Bu məlumatı onun anası Rəna Bağırova verir:“Onun atası 1992-ci ildə olan Xocalı qətliamından sonra müharibəyə yollandı. Orada yaralılara kömək etdi. Füzulidə gedən döyüşlərdə də iştirakçı oldu. Bəlkə də Əliyə bu vətənpərvərlik atasından keçmişdi. Əli döyüşə gedərkən dedi ki, şəhid olsam, heç zaman üzülməyin..”

Əlinin qardaşı Sadıq bildirir ki, Əli döyüşə gedərkən övladlarını ona əmanət edib: “Mənə dedi ki, övladlarım sənə əmanətdir. Ailəmə yaxşı baxarsan.

Müdafiə Nazirliyinə gedərkən orada vəzifəli şəxs mənə bildirdi ki, 70 faiz şəhid xəbərinə hazırlaşın. Lakin anam xəstə olduğu üçün bunu iki gün ondan gizlətdim.

Topçu idi. Oktyabrın 11-12-si Tərtərdə idi. Oktyabrın 15-i danışanda dedi ki, Ağdamdayıq. Elə orada qəlpə yarası alaraq şəhid olub.

Noyabrın 12-si nəşini əmimgilə göstəriblər. Oktyabrın 17-dən torpaqda qalıb və meyiti tanınmaz halda idi. Üstündən sənədləri çıxdı. Uşağından DNK analizi götürdülər. Noyabrın 21-də DNK analizi dəqiqləşdi və cənazəsini göndərdilər”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Əli Ələkbərov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Отправить комментарий